İbtidai siniflər arasında Bilik yarışı
02.05.2019-cu il tarixdə məktəbimizin II, III və IV sinif şagirdləri arasında Bilik yarışı keçirildi. Yarışı ibtidai siniflər üzrə metodbirləşmə sədri Natavan Cəlilova təşkil etdi. Bilik yarışının keçirilməsi xüsusi istedada malik şagirdlərin potensialının aşkar edilməsi, şagirdlərin təhsilə marağının artırılması, eyni zamanda onlar arasında sağlam rəqabət mühitinin formalaşdırılması məqsədi daşıyırdı. Yarışda iştirak edən şagirdlər müvafiq vaxt çərçivəsində 3 fəndən – Azərbaycan dili, riyaziyyat və həyat bilgisi fənlərindən bilik və bacarıqlarını sınadılar. Yarışın obyektivlik şəraitində keçməsi təmin edildi. Hər bir fənn üzrə fərqlənən şagirdlər müəyyənləşdirilərək qalib elan olunacaqlar.