Sağlam mənəvi-psixoloji və təhlükəsiz mühitin yaradılması
25.04.2019-cu il tarixdə məktəbimizdə təlim-tərbiyə sahəsində aparılan işin səmərəliliyini artırmaq, şagird şəxsiyyətini formalaşdırmaq və inkişaf etdirmək məqsədilə şagirdlərlə “Sağlam mənəvi-psixoloji və təhlükəsiz mühitin yaradılması” mövzusunda söhbətlər aparıldı. Məktəbimizin psixoloqu Lalə Bayramova V – VII sinif şagirdləri ilə məktəbdaxili nizam-intizam qaydalarına riayət edilməsi, özünütərbiyə, şagirdin xarakter xüsusiyyətləri, sinifdə şəxsiyyətlərarası münasibətlərin qurulması mövzularında ətraflı müzakirələr apardı, şagirdləri maraqlandıran suallara cavab verdi. Son zamanlar kompüterin, internet asılılığının, sosial şəbəkələrin uşaqların inkişafına mənfi təsiri əsas müzakirə mövzusu oldu. Şagirdlərə internetdən daha faydalı məqsədlərlə istifadə etmək tövsiyə olundu. Maarifləndirici söhbətlərin aparılması ilə yanaşı, şagirdlərin xarakterik xüsusiyyətlərini müəyyən etməyə imkan verən anket-sorğuların keçirilməsi, mövzuları əhatə edən videoçarxların nümayiş olunması tərbiyəvi əhəmiyyət daşıdı.