Gələcək çempionlar sıramızdadır
Məktəbimizdə idmanın kütləviliyini artırmaq və gənclərin sağlam inkişafına nail olmaq üçün müxtəlif idman tədbirləri təşkil edilir. Bu məqsədlə 18.04.2019-cu il tarixdə “Gənc çempionlar sıramızdadır” devizi altında müxtəlif məsafələr üzrə qaçış yarışı keçirildi. Yarışda V – IX sinif şagirdləri iştirak etdilər. Böyük ruh yüksəkliyi ilə keçən yarışmada oğlanlar və qızlar arasında qaliblər müəyyən edildi.