Qədim Qala kəndi
17.04.2019-cu il tarixdə məktəbimizdə “Qalanın tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, tanınmış şəxsiyyətləri” mövzusunda tədbir keçirildi. Tədbirdə mövzu ətrafında mühazirələr dinlənildi. Qədim Qala kəndinin tarixi, yerləşdiyi coğrafi ərazi və əhalisi barəsində ətraflı məlumat verildi. Burada 2008-ci ildə açıq səma altında Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksinin yaradıldığı qeyd edildi. Muzeydə Azərbaycanın tarixi incilərini seyr etmək üçün əlverişli şəraitin olduğu bildirildi. Eyni zamanda Qədim Qala kəndinə həsr olunmuş videoçarx nümayiş edildi.