Dini xurafat və cəhalətin tənqidinə həsr olunmuş əsərlərin müzakirəsi

11.04.2019-cu il tarixdə məktəbimizdə dini xurafat, ehkamçılıq, cəhalətin tənqidinə həsr olunmuş ədəbi əsərlərin oxusu və müzakirəsi ilə bağlı tədbir keçirildi. Tədbir iştirakçıları çıxış edərək dinin istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil etdiyini qeyd etdilər. Hazırda dünya əhalisinin 1,2 milyardının islam dininə etiqad etdiyi, islamın sülh, barışıq, bərabərlik və yardımlaşma dini olduğu çıxışlarda xüsusi vurğulandı. Tədbirdə iştirak edən IXb sinif şagirdləri dini ayrıseçkilik, xurafat və cəhalətin tənqidinə həsr olunmuş ədəbi əsərlər barəsində ətraflı məlumat verərək, geniş müzakirə apardılar. “Sivilizasiyalar toqquşması”nın hökm sürdüyü müasir dövrümüzdə də dinin çox yüksək mənəvi dəyər olduğunu qeyd etdilər. Eyni zamanda mövzunun əhəmiyyətini əks etdirən videoçarxlara tamaşa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi