İslam dini sülh və əmin-amanlıq dinidir
01.04.2019-cu il tarixdə məktəbimizdə “İslam dini sülh, əmin-amanlıq, mənəvi dəyərlərə qiymət verən və tolerantlığı təbliğ edən dindir” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada islam dininin dünyanın ən çox ibadət edilən və sürətlə yayılan dinlərindən biri olduğu qeyd edildi. Xüsusilə vurğulandı ki, respublikamızda müxtəlif dini icmaların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayır. Bu da tolerantlığın əyani göstəricisidir. Respublikamızdakı bu model bir çox dünya ölkələrinə nümunə olmalıdır. Dəyirmi masa iştirakçılarının islam dini ilə bağlı verdikləri məlumatlarda islamın mərhəmət, ədəb-ərkan, mərifət, böyüyə hörmət kimi dəyərləri özündə birləşdirməsi və təbliğ etməsi bir daha öz təsdiqini tapdı.