Məcburi köçkün əhalisinin həyat şəraiti dövlətin daim diqqət mərkəzindədir

Məktəbimizdə “Məcburi köçkün əhalisinin həyat şəraiti dövlətin daim diqqət mərkəzindədir” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə 1988-ci ildən bu günə qədər xalqımıza qarşı yürüdülən erməni vəhşiliyi barəsində məruzə xarakterli çıxışlar dinlənildi. Eyni zamanda Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində öz ata-baba yurdlarından didərgin düşmüş soydaşlarımıza dövlət qayğısının göstərilməsi xüsusi qeyd edildi. Bu sahədə ölkə prezidenti İlham Əliyevin gördüyü məqsədyönlü işləri, həyata keçirdiyi tədbirləri əks etdirən videoçarxlar nümayiş olundu. Tədbirin sonunda bir daha vurğulandı ki, prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində əzəli torpaqlarımıza sahib olacağımız gün uzaqda deyil.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi