Azərbaycanlıların Soyqırımı Günü

29.03.2019-cu il tarixdə məktəbimizdə 31 Mart Azərbaycanlıların Soyqırımı Gününün 101-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Məktəbin akt zalında təşkil olunan tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxış edənlər 31 mart 1918-ci ildə baş vermiş dəhşətli hadisələr barəsində geniş məlumat verdilər. Tarixin gələcək nəsillər üçün ibrət dərsi olduğunu və tarixi təcrübənin dərindən öyrənilməsinin, gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğuladılar. Ermənilərin xalqımıza qarşı törətdikləri bu vəhşiliklərə yalnız 80 il sonra – 1998-ci il martın 26-da ümummilli lider H.Ə.Əliyev tərəfindən siyasi qiymət verildiyi xüsusi qeyd edildi. Tədbirdə soyqırımı həqiqətlərini əks etdirən fotolar və videolentlər nümayiş edildi. Şagirdlərin ifasında vətənpərvərlik ruhlu şeirlər ifa olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi