Novruz milli bayramımızdır
18 mart 2019-cu il tarixdə məktəbimizdə Novruz bayramı münasibətilə bayram tədbiri keçirildi. Tədbiri giriş sözü ilə məktəbin tərbiyə işləri üzrə direktor müavini Oktay Musayev açaraq, bütün iştirakçıları Novruz bayramı münasibətilə təbrik etdi. Çıxış edənlər milli bayramımız olan Novruzun qeyd edilməsinin böyük tarixi əhəmiyyətə malik olduğunu bildirdilər. Tədbir boyu şagirdlərin ifasında baharın gəlişini vəsf edən şeirlər söylənildi, milli adət-ənənələrimizi əks etdirən müxtəlif səhnəciklər nümayiş olundu. Bahar təravətli musiqi nömrələri, rəqslər ifa edildi. Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatdılar.