Ölkəmizin iqtisadi qüdrəti və təhsil siyasəti
Məktəbimizdə “Ölkəmizin iqtisadi qüdrətinin artması təhsilin inkişafına şərait yaradır” mövzusunda tədbir keçirildi. Tədbirdə mövzu ətrafında geniş mühazirələr dinlənildi. Qeyd edildi ki, yüksək iqtisadiyyat və keyfiyyətli təhsil firavan həyat deməkdir. Çıxışlarda xüsusi vurğulandı ki, ölkəmizdə iqtisadiyyatın inkişafına və təhsil sahəsinə xüsusi diqqət göstərmək dövlətimizin ən prioritet istiqamətlərindən biridir. Tədbirdə geniş çıxışlarla yanaşı, ölkəmizdə aparılan uğurlu iqtisadi və təhsil siyasətinə həsr olunmuş videoçarxlar da nümayiş edildi.