Məktəblilərin Respublika Yaradıcılıq Festivalına hazırlıq

Məktəblilərin dram, təsviri və dekorativ-tətbiqi sənət respublika müsabiqəsinin Əsasnaməsinə uyğun olaraq 04.03.2019-cu il tarixdə məktəbimizdə görkəmli dramaturq M.F.Axundzadənin “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah-caduküni məşhur” əsərindən bir parça səhnələşdirildi. Müsabiqənin şərtlərinə müvafiq olaraq səhnələşdirilmiş 4-5 dəqiqəlik teatr tamaşasında obrazları məktəbimizin IX və X sinif şagirdləri ifa etdilər. Təqdimatda tamaşaya uyğun səhnə tərtibatı, əsərdəki dövrlə səsləşən geyimlər, istifadə olunan aksesuarlar və s. nəzərə alındı. Eyni zamanda həmin səhnəyə uyğun VIII sinif şagirdi tərəfindən çəkilmiş rəsm əsəri də müsabiqəyə təqdim olundu. Şagirdlərimizin müsabiqədə layiqincə təmsil olunacağına inanırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi