Düzgün peşə seçimi

Şagirdlərin dərin bilik və dünyagörüşünə, yüksək mənəvi keyfiyyətlərə malik olması ilə yanaşı, öz arzusuna, qabiliyyət və bacarığına uyğun peşə seçməyə hazırlanması mühüm məsələlərdən biridir. Bu məqsədlə məktəbimizin psixoloqu Lalə Bayramova IX sinif şagirdləri ilə psixoloji söhbətlər apardı. Şagirdlər mövzu ətrafında maraqlı diskussiya təşkil etdilər. Eyni zamanda şagirdlərlə bu səpkidə anket-sorğu keçirildi. Sorğu zamanı onların meyil və maraqları, müxtəlif peşələr haqqında mövcud təsəvvürləri müəyyən olundu. Şagirdlərə düzgün peşə seçimi etmək üçün psixoloji məsləhətlər verildi. Düzgün peşə seçiminin insanın həyatında verdiyi ən əhəmiyyətli qərarlardan biri olduğu xüsusi vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi