Heydər Əliyevsiz 15 il...
Müstəqil Azərbaycan dövlətinin qurucusu H.Ə.Əliyevin vəfatından 15 il keçir. Dahi şəxsiyyətin ruhuna ehtiramın bariz nümunəsi kimi məktəbimizdə silsilə tədbirlər davam edir. Bu məqsədlə 12.12.2018-ci il tarixdə məktəbimizin kitabxanasında “Heydər Əliyevsiz 15 il” adlı tədbir keçirildi. Şagirdlər xalqımızın tarixində möhtəşəm abidə ucaldan Ulu Öndərin ictimai-siyasi fəaliyyəti barəsində geniş məlumat verdilər. Qeyd etdilər ki, H.Ə.Əliyev parlaq siyasi zəkası, yorulmaz fəaliyyəti sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəklərini yaratdı və gələcəyə aparan yolları müəyyən etdi. Tədbir iştirakçılarının ifasında H.Ə.Əliyev dühasını vəsf edən şeirlər və mahnıların səslənməsi, videoçarxların nümayişi bir daha sübut etdi ki, Ulu Öndərin xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaqdır.