Dəyərlərimiz sərvətimiz – gələcəyimizdir

11.12.2018-ci il tarixdə məktəbimizdə “Pətək” Yeni Nəslin Mənəvi Tərbiyəsi İctimai Birliyi tərəfindən “Dəyərlərimiz sərvətimiz – gələcəyimizdir” layihəsinə uyğun olaraq interaktiv təlim keçirildi. Təlimçi Xuraman Əsgərova çıxış edərək qeyd etdi ki, layihənin həyata keçirilməsində əsas məqsəd yetişməkdə olan gənc nəslin milli-mənəvi dəyərlərə sadiq və sağlam ruhda böyüməsinə dəstək verməkdir. Təlimdə məktəbimizin könüllü əsaslarla cəlb olunmuş 6 – 7 – 8 – ci sinifləri üzrə aktiv, yaradıcı, təşəbbüskar şagirdləri iştirak etdilər. Şagirdlər mövzu ətrafında maraqlı diskussiya apararaq öz fikirlərini bölüşdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi