Ümumdünya Diabet Günü
Ümumdünya Diabet Günü ilə bağlı məktəbimizdə yuxarı sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa, "Şəkərli diabetin acı nəticələri" mövzusunda sinif təşkilat saatı keçirildi. Şagirdlər şəkərli diabet xəstəliyi, xəstəliyin səbəbləri, onun fəsadları və müalicəsi ilə bağlı çıxışlar etdilər. Eyni zamanda "Şəkərli diabetdən uşaqlarımızı necə qoruyaq?" mövzusunda valideynlərlə də maarifləndirici söhbətlər aparıldı. Bu mövzuda keçirilən tədbirlərin qarşılıqlı müzakirə şəraitində təşkil olunmasının böyük əhəmiyyət kəsb etdiyi xüsusi vurğulandı.