" Son zəng "
2017-2018-ci tədris ili başa çatdı. Bütün ümumi təhsil müəssisələrində olduğu kimi bu gün – 14 iyun 2018-ci il tarixdə məktəbimizdə də “Son zəng” çalındı, “Son zəng” mərasimi təntənəli şəkildə keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbimizin direktoru Azər Həsənov bu il məktəbi bitirən məzunları, onların valideynlərini, bütün pedaqoji kollektivi əlamətdar gün münasibətilə təbrik etdi, müstəqil həyatın astanasında duran məzunlara gələcək həyatlarında uğurlar dilədi. Məktəbimizin əldə etdiyi nailiyyətləri tədbir iştirakçılarının diqqətinə çatdıran Azər Həsənov bu il məzun adını qazanan hər bir şagirdimizə məktəbin adını hər zaman uca tutmağı arzuladı. Tədbirdə müəllimlər, valideynlər çıxış edərək məzunlara öz ürək sözlərini çatdırdılar. “Son zəng” tədbiri məzunların musiqili-bədii çıxışları ilə davam etdi.