9 May – Qələbə Günü

8 may 2018-ci il tarixdə məktəbimizin akt zalında təşkil edilmiş tədbir 9 May – Faşizm üzərində Qələbə Gününə həsr edildi. Tədbirdə II Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlığı barəsində şagirdlərin çıxışları dinlənildi. Çıxışlarda II Dünya müharibəsində qələbənin qazanılmasında Bakı neftinin əvəzsiz rol oynaması xüsusi qeyd edildi. Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədə göstərdiyi böyük qəhrəmanlıq nümunələrinə həsr edilmiş videoçarxlar, bədii filmlərdən fraqmentlər nümayiş olundu. Şagirdlər ifa etdikləri şeirlər və mahnılarla bütün dünyanı sülhə səslədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi