Heydər Əliyev – Müstəqil Azərbaycanın memarı!

Xalqımızın Ümummilli lideri H.Ə.Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar 07.05.2018-ci il tarixdə məktəbimizin akt zalında geniş tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini M.Ə.Osmanova açdı. O qeyd etdi ki, H.Ə.Əliyev XX əsr Azərbaycan siyasətinin ən parlaq siması, müstəqilliyimizin memarı olan dahi şəxsiyyətdir. O xalqımızın yaddaşında xilaskar dövlət xadimi, milli lider, xalq məhəbbətini qazanan Ulu öndər kimi qalmışdır. Şagirdlər H.Ə.Əliyevin dövlət quruculuğu sahəsində ölkəmizin ictimai-siyasi və mədəni həyatında misilsiz fəaliyyəti barəsində geniş məruzə ilə çıxış etdilər. Çıxışlarda xüsusi vurğulandı ki, H.Ə.Əliyev xalqımızın milli iftixarı, qürur və güvənc yerimiz olan dahi dövlət xadimidir. Tədbirdə milli liderin doğma xalqına həsr edilmiş ömür yolunu əks etdirən videoçarxlar nümayiş olundu, şeirlər və mahnılar ifa edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi