Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsi

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar 20.04.2018-ci il tarixdə məktəbimizdə “Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsi” adlı təqdimat keçirildi. VI, VIII, IX sinif şagirdlərinin iştirakı ilə keçirilən təqdimat zamanı geniş məruzələr dinlənildi. Şagirdlər AXC-nin 23 aylıq fəaliyyəti dövründə dövlət quruculuğu sahəsində, ölkənin sosial-iqtisadi və mədəni sahələrində həyata keçirilən tədbirləri xüsusi qeyd etdilər. Çıxışlarda vurğulandı ki, Azərbaycan Xalq Cümhuriyyəti XIX əsrin sonları XX əsrin əvvəllərində Azərbaycanın keçdiyi gərgin ictimai-siyasi mübarizənin, mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır. Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli şəxsiyyətlərinin fəaliyyətindən bəhs edən slaydlar nümayiş olundu. Şagirdlər istiqlal günəşinin parladığı şanlı tarixi günün tərənnümünə həsr olunan şeirlər ifa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi