Ən yaxşı şeir ifaçısı

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar məktəbimizdə silsilə tədbirlər keçirilir. Şərqdə ilk demokratik respublika qurucularının dövlətçilik tarixində göstərdikləri misilsiz xidmətlər barəsində şagirdlərin əldə etdikləri bilikləri təkmilləşdirmək, vətənpərvərlik hisslərini daha da alovlandırmaq və bədii qiraət sahəsində istedadlı şagirdləri aşkar etmək məqsədilə 02.04.2018-ci il tarixdə məktəbimizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” milli özünüdərkin gerçəkləşməsi üçün zəmin yaradır” adlı “Ən yaxşı şeir ifaçısı” bədii qiraət müsabiqəsi keçirildi. Bədii qiraət müsabiqəsi qaydalara müvafiq olaraq 2 yaş qrupu üzrə (10-14 və 15-18) təşkil edildi. Mövzu və məzmuna uyğun səs tonundan məqsədyönlü şəkildə istifadə edən, nitqin aydınlığı və ifadəliliyi, təqdimetmə bacarığı ilə fərqlənən şagirdlər müsabiqənin rayon mərhələsində iştirak etmək hüququ qazandılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi