Azərbaycanlıların soyqırımı tarixin sağalmaz yarasıdır
Hər il mart ayının 31-i respublikamızda Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Erməni qəsbkarlarının terror siyasətinin günahsız qurbanlarının xatirəsi dərin ehtiramla yad edilir. Bu məqsədlə 30 mart 2018-ci il tarixdə məktəbimizdə V – XI sinif şagirdləri arasında soyqırımın 100-cü ildönümünə həsr edilmiş “Azərbaycanlıların soyqırımı tarixin sağalmaz yarasıdır” mövzusunda inşa yazı müsabiqəsi təşkil olundu. Şagirdlər inşa yazılarda qeyd etdilər ki, 100 il əvvəl 1918-ci ilin martında daşnak-bolşevik birləşmələrinin törətdikləri amansız qətliamların əsas məqsədi azərbaycanlıları milli etnos kimi yer üzündən silmək, onların tarixi torpaqlarına yiyələnmək idi. İnşa yazılarda dönə-dönə vurğulandı ki, həmin faciədən illər ötüb qərinələr keçsə də, soydaşlarımızın əziz xatirəsi heç zaman unudulmayacaq. Müsabiqə yekunlaşdıqdan sonra fikirlərini konkret faktlarla əsaslandıran, zəngin söz ehtiyatımızdan məharətlə istifadə edən şagirdlər fərqlənərək müsabiqənin qalibi adını qazandılar.