Quba məzarlığı-azərbaycanlıların soyqırımının tarixi yaddaşıdır

31 mart 1918-ci il XX əsr Azərbaycan tarixinin ən faciəli və dəhşətli səhifələrindən biridir. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi əbədi həkk olunmuşdur. Xüsusi qəddarlıqla qətlə yetirilmiş minlərlə dinc əhalinin xatirəsini yad etmək məqsədilə 29 mart 2018-ci il tarixdə məktəbimizin akt zalında  “ Quba  məzarlığı-azərbaycanlıların soyqırımının tarixi yaddaşıdır ” adlı tədbir keçirildi. Tədbir iştirakçıları 100 il bundan öncə baş vermiş tariximizin qanlı səhifəsini bir daha vərəqlədilər. Dinc əhalinin kütləvi surətdə qətlə yetirildiyi, kəndlərin yandırıldığı, milli-mədəniyyət abidələrinin dağıdılıb məhv edildiyi barəsində slaydlar nümayiş etdirdilər. Şagirdlər erməni qəsbkarları tərəfindən amansızlıqla qətlə yetirilmiş soydaşlarımızın xatirəsinə həsr edilmiş şeirlər söylədilər. Tədbirin sonunda bir daha vurğulandı ki, soyqırımın 100-cü ildönümünün qeyd edilməsi Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi