Mənim ana dilim – mənim kimliyim

21 Fevral dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd edilir. Bu münasibətlə 19 fevral 2018-ci il tarixdə məktəbimizin akt zalında “Mənim ana dilim – mənim kimliyim” adlı rəngarəng tədbir keçirildi. Tədbirdə Beynəlxalq Ana Dili Gününün təsis edilməsi barəsində geniş məlumat verildi. Qeyd edildi ki, Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. “Ana dili bizim varlığımız, vüqarımızdır” – deyən şagirdlər dilimizin saflığını tərənnüm edən şeirlər və mahnılar ifa etdilər. Videolentlərin köməyilə zəngin söz fonduna, geniş ifadə imkanlarına, yüksək səviyyəli yazı normalarına malik olan dövlət dilimizin keçdiyi tarixi inkişaf yoluna bir daha nəzər salındı. Tədbirin sonunda Ümumilli lider Heydər Əliyevin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” kəlmələrinin səslənməsi iştirakçılar tərəfindən alqışlarla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi