Reproduktiv sağlamlıq

16 fevral 2018-ci il tarixdə məktəbimizdə “Ümidli gələcək” Gənclər İctimai təşkilatı və Təhsil Nazirliyinin dəstəyi ilə reproduktiv sağlamlıqla bağlı maarifləndirici tədbir keçirildi. Tədbirdə məktəbimizin VI siniflərində təhsil alan 49 nəfər qız və onların valideynləri iştirak etdi. Qızların maarifləndirilməsi məqsədi ilə keçirilən bu tədbirdə təlimçi Məhburə Əliyeva şagirdləri və onların valideynlərini reproduktiv sağlamlığa aid lazımi biliklərlə məlumatlandırdı. Tədbirdə həmçinin mövzu ilə bağlı slaydlar nümayiş olundu. Şagirdlərə təşkilatın nümayəndəsi tərəfindən reproduktiv sağlamlığa aid kitabçalar təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi