Mir Cəlal – 110
15 fevral 2018-ci il tarixdə məktəbimizdə XX əsr Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elmi tarixində şöhrət tapmış parlaq şəxsiyyətlərdən biri Mir Cəlalın 110 illik yubileyi ilə əlaqədar “Mir Cəlalın həyat və yaradıcılıq yolu” adlı dəyirmi masa təşkil edildi. Dəyirmi masa iştirakçıları görkəmli yazıçının şərəfli ömür yolu barəsində geniş məruzə ilə çıxış etdilər. Məruzədə qeyd edildi ki, Mir Cəlal yetmiş illik ömrünün tam yarım əsrini çətin, lakin mənalı və şərəfli bədii, elmi və pedaqoji yaradıcılıq işinə həsr etmişdir. O, milli şifahi ədəbiyyatın, klassik və müasir bədii nəsrin ən yaxşı ənənələri əsasında yetişib, mahir hekayə və roman ustası kimi yüksəlmişdir. Ədibin güldürə-güldürə düşündürən, bir-birindən qiymətli əsərləri ədəbiyyatımızın qızıl fonduna daxil olmuşdur. Şagirdlər yazıçının “Həkim Cinayətov”, “İclas qurusu”, “Vətən yaraları”, “İki ananın bir oğlu” və s. hekayələrini müzakirə edərək, ideyaya, obrazlara öz münasibətlərini bildirdilər. Tədbirdə M.Cəlalın zəngin, çoxşaxəli yaradıcılıq yolundan bəhs edilən videolentlərin nümayiş edilməsi şagirdlərin böyük marağına səbəb oldu.