I yarımilin yekunu – Böyük summativ qiymətləndirmə
2017-2018-ci tədris ilinin I yarımili başa çatmaq üzrədir. Təhsil nazirinin 2017/2018 - ci tədris ilinin " Ümumi təhsildə keyfiyyət ili ” elan etməsi barədə əmrinə uyğun olaraq məktəbimizdə məqsədyönlü işlər aparılır, uğurlu nəticələr əldə etmək istiqamətində fəaliyyət davam etdirilir. Şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, təlim nailiyyətlərinin izlənilməsi daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə məktəbimizin III – IV və V – X siniflərində müxtəlif fənlər üzrə mərkəzləşmiş qaydada Böyük summativ qiymətləndirmələr keçirildi. Məktəb rəhbərliyi tərəfindən yaradılmış komissiya üzvləri summativ qiymətləndirmələrin keçirilməsinə ciddi nəzarət etdilər. Böyük summativ qiymətləndirmənin bu tərzdə keçirilməsi şagirdlərin biliyinin obyektiv qiymətləndirilməsini təmin etdi.