20 Yanvar faciəsi – azadlığa aparan yol
20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar məktəbimizdə silsilə tədbirlər davam etdirilir. 18.01.2018-ci il tarixdə “20 Yanvar faciəsi azadlığa aparan yoldur” adlı dəyirmi masa təşkil edildi. Dəyirmi masa iştirakçıları 28 il əvvəl baş vermiş qanlı cinayət barəsində geniş məlumat verdilər. Onlar qeyd etdilər ki, həmin faciədə 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Bu təcavüzkar aksiya Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqın gözünü qorxutmaq məqsədi daşıyırdı. Lakin qəhrəman xalqımız ölümün gözünə dik baxaraq azadlıq zirvəsini fəth etdi. Tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan şeirlər və mahnılar ifa olundu. Videolentlərin köməyilə faciənin dəhşətləri bir daha göz önündə canlandırıldı.