Həmrəylik – milli yüksəlişə gedən yol
31 Dekabr Azərbaycan xalqının tarixində ən yaddaqalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bu münasibətlə 28 dekabr 2017-ci il tarixdə məktəbimizdə geniş bayram tədbiri keçirildi. Tədbirin əvvəlində şagirdlər məruzə ilə çıxış etdilər. Məruzədə qeyd edildi ki, 31 Dekabr Azərbaycan xalqının birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Çıxışlarda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsinin Ulu öndər H.Ə.Əliyevin adı ilə bağlı olduğu xüsusi vurğulandı. Tədbirdə şanlı tarixi dövrü özündə əks etdirən videolentlər nümayiş olundu. Şagirdlər xalqımızın milli birliyini tərənnüm edən şeirlər və mahnılar ifa etdilər.