Oxuyub-anlama bacarığını inkişaf etdirək

Şagirdlərin şüurlu oxu bacarıqlarını inkişaf etdirmək, düzgün oxu texnikasına yiyələnməsinə nail olmaq üçün məktəbimizdə müxtəlif tədbirlər keçirilir. Bu məqsədlə 26 dekabr 2017-ci il tarixdə IV sinif şagirdləri arasında “Sürətli oxu” yarışması təşkil olundu. Yarışma zamanı şagirdlərin ifadəli oxu bacarıqları ilə yanaşı, mühakimə yürütmə qabiliyyətləri də aşkara çıxarıldı. Tədbirdə şagirdlər elmin, biliyin, mütaliənin insan həyatında rolu ilə bağlı qiymətli fikirlər, aforizmlər səsləndirdilər. Şüurlu oxuyub-anlama bacarığı, intellektual səviyyəsi ilə fərqlənən şagirdlər münsiflər heyyəti tərəfindən Diplomla mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi