Ədəbiyyat biliciləri

Məktəblilərin ədəbiyyat fənninə marağını artırmaq, onların mütaliə vərdişlərini, bədii-estetik zövqünü inkişaf etdirmək məqsədilə məktəbimizdə mütəmadi olaraq bədii əsərlərin oxusu və müzakirəsi təşkil olunur. Bu məqsədlə 13.12.2017-ci il tarixdə məktəbin VIII – XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb mərhələsi keçirildi. Şagirdlər onlara təqdim olunmuş sorğu vərəqlərində oxuduqları əsərlər, onların mövzu və ideyası, baş qəhrəmanları haqqında fikir və düşüncələrini bölüşdülər. Təlimata uyğun olaraq suallara dolğun və əhatəli cavab verən şagirdlər müsabiqənin rayon mərhələsində iştirak etmək hüququ qazandılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi