Unudulmaz şəxsiyyət
Məktəbimizdə Ümummilli lider Heydər Əliyevin Anım Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə həyatı və fəaliyyəti ilə milyonlarla insanın qibtə və maraq dairəsinə çevrilən dahi şəxsiyyət – Heydər Əliyevin Azərbaycan dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsində, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, əbədi və dönməz xarakter daşımasında, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsində əvəzsiz xidmətlərinin olduğu vurğulandı. Xüsusi olaraq qeyd olundu ki, Heydər Əliyev “Mən fəxr edirəm ki, azərbaycanlıyam” – deməklə azərbaycanlılığı etnik mənsubiyyətdən çıxararaq, ona dərin məzmun və məna verərək fəxri titul səviyyəsinə yüksəltdi və qloballaşan dünyada azərbaycanlıların yerini müəyyən etdi. Tədbirdə həmçinin şagirdlərin ifasında Ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeir və musiqi parçaları səsləndirildi, dahi şəxsiyyətin həyatı və siyasi fəaliyyətinə dair slayd nümayiş etdirildi.