Mənəvi dəyərlərimizi yaşadaq

Xalqın tarixi yaddaşından süzülüb gələn milli dəyərlərimizi qoruyub yaşatmaq, onları təbliğ etmək şagird şəxsiyyətinin formalaşmasında mühüm amildir. Bu məqsədlə məktəbimizdə keçirilən tədbirlər ənənəvi hal almlşdır. 6 dekabr 2017-ci il tarixdə IX – XI sinif şagirdləri arasında “Milli-mənəvi dəyərlər haqqında düşüncələrim” mövzusunda inşa yazı müsabiqəsi təşkil edildi. Mütəmadi olaraq məktəb kitabxanası ilə əlaqə saxlayan şagirdlər milli-mənəvi dəyərlərlə bağlı əldə etdikləri kitablardan faydalandıqlarını nümayiş etdirərək, hiss və duyğularını qələmə aldılar. Xalqın qürur yeri olan mənəvi sərvətlərimiz, milli adət-ənənələrimiz, zəngin mədəniyyətimiz barəsində fikirlərini yazıda əks etdirdilər. Müsabiqə başa çatdıqdan sonra mövzuya yaradıcı yanaşan, düşüncələrini yığcam və konkret faktlarla əsaslandıran şagirdlər fərqlənərək qalib elan olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi