Gənc kimyaçılar
27 noyabr 2017-ci il tarixdə məktəbimizdə “Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi”nin məktəb mərhələsi keçirildi. Əsasnaməyə uyğun olaraq IX – XI sinif şagirdlərinin iştirakı ilə 2 komanda kimya fənnindən öz bilik və bacarıqlarını nümayiş etdirdi. Gənc kimyaçıların istedadını aşkarlamaq məqsədilə keçirilən yarışmada komanda üzvləri onlara verilmiş tapşırıqları cavablandırmağa çalışdılar. “Ozon” və “Hidrogen” komandaları arasında keçən gərgin və maraqlı yarışmada “Hidrogen” komandası qalib gələrək rayon mərhələsində iştirak etmək hüquq qazandı.