Bilik yarışı
20 noyabr 2017-ci il tarixdə keçirilən “Bilik yarışı”nda V-XI sinif şagirdləri çox həvəslə iştirak etdilər. 150 nəfərin qatıldığı bu yarışda iştirakçılar Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, tarix, coğrafiya, biologiya, ingilis-dili, informatika fənlərindən təqdim olunmuş sualları obyektivlik şəraitində cavablandırdılar.
İstedadlı şagirdlərin müəyyən edilməsi məqsədi ilə keçirilən bu yarış sağlam rəqabətin bariz nümunəsi oldu.