Hüquqlarımızı bilək və qoruyaq

“Uşaq hüquqları” aylığı ilə əlaqədar məktəbimizdə silsilə tədbirlər keçirilir. Bu münasibətlə 02.11.2017-ci il tarixdə məktəbin V – XI sinif şagirdləri arasında “Mənim hüquq və vəzifələrim” mövzusunda inşa yazı müsabiqəsi təşkil olundu. Şagirdlər onlara verilmiş vaxt ərzində mövzu ilə bağlı fikirlərini yazıya köçürdülər. İnşa yazılarda məktəblilər onu da qeyd etdilər ki, hər bir uşaq 1959-cu ildə BMT Baş Məclisi tərəfindən qəbul edilmiş “Uşaq Hüquqları Bəyamnaməsi”nə uyğun olaraq irqindən, cinsindən, mənşəyindən və s. asılı olmayaraq öz hüquqlarından istifadə etməyi və vəzifələrini yerinə yetirməyi bacarmalıdır. Şagirdlər eyni zamanda yazılarında azad və müstəqil Azərbaycanın vətəndaşları kimi daima öz hüquqlarını qorumağa, şərəf və ləyaqətlərinə toxunacaq hərəkətlərdən uzaq olmağa da öz münasibətlərini bildirdilər. Mövzunu tam əhatə edərək, fikirlərini yığcam və konkret ifadə etdiyinə görə X sinif şagirdi Ağayeva Nərmin Arif qızının inşa yazısı I yerə layiq görüldü.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi