31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür
Məktəbimizdə 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə 31 Mart soyqırımının Bakıda bolşevik, erməni - daşnak qüvvələrinin töətdiyi qanlı faciə olduğu, xalqımızın tarixinə, qan yaddaşına qara hərflərlə yazıldığı qeyd olundu. Şagirdlərin ifalarında, çıxış və məruzələrində 31 Mart Soyqırımı Günü barəsində əfraflı məlumat verildi.