Böyük summativ qiymətləndirmələrin keçirilməsi

2025 – ci ilin yanvar ayının son iki həftəsində ümumtəhsil müəsissələrində 2024/2025-ci tədris ili üzrə I yarımilin sonunda keçiriləcək məktəbdaxili qiymətləndirmələrin (BSQ) təşkili barədə tövsiyələri rəhbər tutan məktəb rəhbərliyi Böyük summativ qiymətləndirmələrin qrafik üzrə mərkəzləşdirilmiş qaydada həyata keçirilməsinin təmin etdi. Məktəb rəhbərliyi Böyük summativ qiymətləndirmələrin təşkili ilə bağlı “Təşkilat”, “Nəzarət” və ”Yoxlama” komissiyaları yaratmışdır. Böyük summativ qiymətləndirmələrin keçirilmə qrafiki təsdiqləndikdən sonra  şagird və valideynlərin nəzərinə çatdırılmışdır.  Qiymətləndirmə vasitələri məktəb rəhbərliyi və metodbirləşmə rəhbərləri tərəfindən vaxtında təsdiq olunmuşdur.   Artıq BSQ həftəsi başa çatmaq üzrədir.  Məktəbimizin müəllim heyəti Böyük summativ qiymətləndirmələrin vaxtında, obyektiv, şəffaf və düzgün aparılması üçün bütün səylərini səfərbərliyə almış və I yarımilin uğurla başa çatdırılmasına nail olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi