Məktəbimizdə Böyük summativ qiymətləndirmə həftəsi davam edir
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 01.09.2023-cü il tarixli, 3-29/2-5492/2023 nömrəli məktubuna əsasən məktəbimizdə Böyük summativ qiymətləndirmələrin keçirilməsinə başlanmışdır. 2023/2024-cü tədris ilinin II yarımilin sonunda keçirilən məktəbdaxili qiymətləndirmələr " Ümumi təhsil pilləsində təhsilalanların qiymətləndirməsinə dair Təlimat ” əsasında təşkil olunmuşdir. Məktəb rəhbərliyi BSQ-lərin keçirilmə qrafikini 24 may 2024-cü il tarixinədək təsdiqləmiş, bu şagird və valideynlərin nəzərinə çatdırılmışdır. BSQ-in təşkili ilə bağlı məktəb rəhbərliyi tərəfindən “Təşkilat”, “Nəzarət” və “ Yoxlama” komissiyası yaradılmışdır. Öyrətmə və öyrənmənin keyfiyyətini yüksəltmək üçün qiymətləndirmənin qarşısına qoyulan məqsədə nail olunması baxımından qiymətləndirmə vasitələrinin keyfiyyətli təltiv edilməsi vacib şərtlərdəndir. Ona görə də Böyük summativ qiymətləndirmələrin materialları fənlər üzrə fənn metodbirləşmə iclaslarında müzakirə edildikdən sonra məktəb rəhbərliyi tərəfindən təsdiqlənmiş, məktəbdaxili qiymətləndirmənin obyektiv, şəffaf, düzgün aparılması üçün zəruri olan tədbirlər görülmüşdür. BSQ-lərin keçirilməsi prosesinə nəzarətçi kimi məktəbin pedoqoji işçiləri və məktəb valideyn komitəsinin üzvləri cəlb olunmuşdur.