Qohumlararası nikah və onun fəsadları
IXc sinfində sinif rəhbərinin təşkilatçılığı ilə “Qohumlararası nikah və onun fəsadları” adlı söhbət aparıldı. Tədbirin məqsədi qohumlararası nikahın dünyada və ölkəmizdə doğurduğu fəsadlar, cəmiyyətə vurduğu ziyanlar haqqında şagirdlərə məlumat verməkdi. Qeyd olundu ki, erkən və belə nikahlar gələcək nəsillərin sağlamlığını təhlükəyə atır. Eyni zamanda bir çox hallarda sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə də səbəb ola bilər. Mövzu ilə bağlı şagirdlər də fikirlərini bildirərək geniş müzakirə apardılar.