Məhəmməd Füzuli - 530

Azərbaycanın görkəmli şairi və mütəffəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi ilə əlaqədar olaraq məktəbimizin kitabxanasında Azərbaycan dili və ədəbiyyat müəllimi Aysel Rəhimova, məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı İ.Məlikova, kitabxana müdiri G. Mirzəyeva, UTB-nin rəhbəri A.Əlişova və VII b sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa təşkil olundu. A. Rəhimova çıxış edərək qüdrətli sənətkarın yaradıcılığı, fəaliyyəti haqqında iştirakçılara məlumat verərək vurğuladı ki, hərtərəfli biliyə malik sənətkarın bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz sərvətdir. Şagirdlər şairin kitabları, əsərləri ilə tanış oldular və bir neçə əsəri müzakirə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi