Kitabsevərlərlə növbəti əsərlərin müzakirəsi

05.04.2024 – cü il tarixində məktəbdə fəaliyyət göstərən " Mütaliə Klubu"nun təşkilatçılığı ilə Vc sinfində Ekzüperin “Balaca şahzadə” əsərinin müzakirəsi təşkil olundu. Şagirdlər əsərin baş qəhrəmanının başına gələn maraqlı əhvalatlar haqqında təəssüratlarını bölüşdülər. Öz kiçik planetindən çıxaraq səyahət edən balaca oğlanın başına gələn macəraları xəyalən canlandırıb, onunla birgə həyəcan yaşadılar. Povestin insan şəxsiyyətinin, onun - əxlaqi dəyərlərinin formalaşmasında böyük rol oynadığını qeyd etdilər. Şagirdlər eyniadlı cizgi filmindən parçaları maraqla izlədilər.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi