5 aprel məktəbimizdə Mülki Müdafiə Günü qeyd edildi

Məktəbimizdə  05.04.2024 cü il tarixində Mülki Müdafiə Gününə həsr olunmuş geniş tədbir təşkil olundu. Tədbirdə iştirak edən rəhbər heyət, hərbiləşdirilməmiş Mülki Müdafiə dəstələri, manqa rəhbərləri və üzvləri , şagirdlər qarşısında çıxış edərək Mülki Müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının vəzifələri və hüquqları haqqında ətraflı məlumat verdi. Qeyd olundu ki, Mülki Müdafiə tədbirlərində iştirak etmək hər bir vətəndaşın borcudur. Əhalinin Mülki Müdafiə üzrə konkret vəzifələri izah olundu. Bundan sonra təbii fəlakətlər və qəzalar zamanı məktəbin Hərbiləşdirilməmiş MM dəstələrinin tərkibinə daxil olmayan işçilərin fəaliyyəti və vəzifələri barəsində məlumat verildi, onlara verilmiş siqnallar üzrə davranış qaydaları yoxlanıldı, imitasiya təşkil olundu. Yanğın təhlükəsi zamanı şagirdlərin davranış qaydalarını yoxlamaq məqsədi ilə yanğından mühafizə və xilasetmə tədbirləri məşq edildi. II,V , VI və X-XI siniflərdə Mülki Müdafiədən tədris planına uyğun olaraq şagirdlərin bilikləri və dərslərin keçirilməsi müşahidə edildi. Mülki Müdafiə gününün sonunda MM rəhbəri tərəfindən yekun əmr elan edildi, tədbirdə fəal iştirak edənlər rəğbətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi