Ruhumuzu oyadan bayram

18.03.2024-cü il tarixdə məktəbimizin 3b sinif müəllimi Əskərova Məxrub Novruz bayramına həsr olunmuş “Ruhumuzu oyadan bayram” adlı tədbir təşkil etdi. Tədbirdə Novruz bayramının adət-ənənələri, personajları, mərasimləri, oyunları haqqında məlumat verildi. Məclisə Novruzun əsas personajları kosa, keçəl, Bahar qızı dəvət edildi, onlar məzəli çıxışları ilə uşaqların üzündə təbəssüm yaratdılar. Şagirdlər məişətimizə istilik, xeyir-bərəkət rəmzi kimi daxil olan yaz fəslinin gəlişi, təzəcə qarı əriməyə başlayan dağ yamaclarında, qarın altından baş qaldıran novruzgülü, bənövşə, ağ, qırmızı, sarı rəngli güllər, baharın müjdəçisi qaranquş, Bahar bayramının əsas atributları olan 4 çərşənbə haqqında məlumat verdilər, şeirlər söylədilər. Şagirdlərin ifa etdikləri rəqslər, mahnılar tədbirə rəng qatdı. Tədbir yallı rəqsi ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi