BASKETBOL YARIŞI KEÇİRİLİB

Martın 6-da şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə "5 Mart - Bədən Tərbiyəsi və İdman Günü" ərəfəsində məktəbimizin sinifləri arasında basketbol yarışı keçirilib. Şagirdlər maraqla bu yarışda iştirak ediblər. Yarışın sonunda I yerə 9A , II yerə 10A, III yerə isə 9B sinfi layiq görüldü.