Reproduktiv sağlamlıq nədir

29.02.2024-cü il tarixdə məktəbimizin akt zalında IX a və IX c sinif şagirdlərinin və sinif rəhbərlərinin iştirakı ilə “Reproduktiv sağlamlıq nədir” mövzusunda tədbir keçirildi. Tədbirdə sinif rəhbərləri reproduktiv sağlamlıq mövzusunda geniş məruzələrlə çıxış etdilər və mövzu haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdilər. Biologiya müəllimi Rövşanə  Həsənəliyeva  çıxışında vurğuladı ki, VIII–IX siniflərdə tez-tez bu kimi maarifləndirici tədbirlər keçirilməlidir, çünki bu dövr yeniyetməlik dövrü hesab hesab olunur. Məhz bu dövrdə şagirdlər özlərini tanıyır, şəxsiyyət kimi formalaşırlar. Tədbir mövzu ilə əlaqəli maarifləndirici videoların nümayişi ilə davam etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi