1 Mart Ümumdünya Mülki Müdafiə Günü

Beynəlxalq Mülki Müdafiə Təşkilatı tərəfindən 2024 – cü il üçün “1 mart Ümumdünya Mülki Müdafiə Günü” nün “Mülki müdafiə sahəsində innovativ texnologiyalar” mövzusunda keçirilməsi qərara alınmışdır. Qeyd olunan mövzu ətrafında məktəbimizdə 01.03.2024 – cü il tarixində tədbirlər planına uyğun fəaliyyətlər həyata keçirildi. Əvvəlcə şagirdlər və pedoqoji heyətin üzvləri Mülki Müdafiə sahəsində Azərbaycan Respublikası Vətəndaşlarının vəzifələri ilə tanış edildi, əhalinin Mülki Müdafiə üzrə konkret vəzifələri izah olundu. Məktəbdə təşkil edilmiş hərbiləşdirilməmiş Mülki Müdafiə dəstələrinin işinin təşkili, şəxsi heyətin vəzifələri barədə ətraflı məlumat verildi. Növbəti mərhələdə şagirdlərin iştirakı ilə yanğın hadisəsi zamanı davranış və xilasetmə işlərinin nümayişi təşkil olundu. Şagirdlər ilkin tibbi yardım göstərilməsi, yaralıların fəlakət zonasından çıxarılması və təhlükəsizlik qaydalarına düzgün əməl olunması barəsində aldıqları bilikləri əyani göstərdilər. Hərbiləşdirilməmiş Mülki Müdafiə dəstələrinin Mülki Müdafiə üzrə normativlərinin yerinə yetirilməsi vəziyyəti yoxlanıldı. Sonda şagirdlərə “Mülki Müdafiə sahəsində innovativ texnologiyalar” mövzusunda hazırlanmış video və slaydlar nümayiş olundu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi