Sağlamlığımızı qoruyaq
29.02.2024-cü il tarixdə məktəbimizin IX ç sinfində “Sağlamlığımızı qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirildi. Sinif rəhbəri çıxış edərək vurğuladı ki, hər bir insan sağlam həyat tərzi sürməli, sağlam qidalanmalı, yuxu rejiminə nəzarət etməlidir. Xüsusilə IX sinif şagirdləri bu çətin, məsuliyyətli vaxtda, buraxılış imtahanlarının yaxınlaşdığı dönəmdə sağlamlığına xüsusi diqqət etməli, vaxtını düzgün bölməli, qida və yuxu rejiminə nəzarət etməlidirlər. Sonra şagirdlər maarifləndirici videolar izlədilər və mövzu ilə əlaqəli diskussiya apardılar.