Monitorinq keçirildi
29.02.2024-cü il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Azərbaycan dili fənnindən IV, VI, VII, VIII siniflərdə monitorinq keçirildi. Monitorinqin məqsədi dövlət dilinin tədrisi vəziyyətinin yoxlanılması, şagirdlərin dinləyib - anlama, oxu, yazı bacarıqlarının formalaşma səviyyəsinin müəyyən olunması idi.