Mütaliə klubunun növbəti müzakirəsi keçirildi

Məktəbimizdə “Mütaliə klubu” nun təşəbbüsü ilə bir-birindən maraqlı tədbirlər, kitab müzakirələri təşkil edilir. Belə tədbirlərdən biri də 27.02.2024 – cü il tarixdə keçirildi. Tədbirdə V b sinif şagirdləri Eyvaz Zeynalovun “Oğru” hekayəsini müzakirə etdilər. Əvvəlcə fənn müəllimi Həsənova Tamella çıxış edərək müəllifin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Çıxış edən şagirdlər hekayə ilə bağlı maraqlı fikirlər söylədilər. Qeyd etdilər ki, hekayədə E.Zeynalov erməni vandallarına xas olan xüsusiyyətləri böyük ustalıqla açıb göstərmişdir. Şagirdlər tədbirdə fəallıq göstərərək hekayədə təsvir edilən hadisələrə obyektiv münasibət bildirdilər. Sonda mövzu ilə bağlı nümayiş etdirilən videoçarx iştirakçılar tərəfindən maraqla izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi