Xocalı faciəsinə həsr olunmuş divar qəzeti və rəsm sərgisi təşkil olundu

Məktəbimizdə 26 Fevral Xocalı faciəsinə həsr olunmuş silsilə tədbirlər həyata keçirildi. Xocalı faciəsinin dəhşətləri məktəbimizin divar qəzetlərində də əksini tapdı. Qəzetlərdə Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğu vurğulandı. Soyqırımının acı gerçəkləri təşkil olunmuş rəsm sərgisində də əksini tapdı. Şagirdlər həmin müdhiş gecənin dəhşətlərini boyalardan istifadə etməklə çəkdikləri rəsm əsərlərində nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi